EN

Səhiyyə Nazirliyinin mütəxəssisi yuxu pozğunluğu və oynaq ağrıları arasındakı əlaqədən danışıb

Bakı. Trend:

Müasir tibbin ən çox araşdırdığı mövzulardan biri yuxu ilə ağrıarasındakı əlaqədir. Uzun illər həkimlər ağrıların yuxunu pozduğunudüşünürdülər, lakin son araşdırmalar göstərir ki, əks istiqamət –yuxu pozuntusunun ağrını artırması – daha güclü və daha təhlükəlimexanizmdir.

Trend xəbərverir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”verilişində fizioterapevt – reabilitoloq Aytən Musayevaaçıqlayıb.

Onun sözlərinə görə, yuxu təkcə istirahət deyil, həm də sinirsistemi, immun sistem, əzələ və oynaqların bərpa prosesi üçünhəyati prosesdir:
“Bu ritm pozulduqda bədəndə bir sıra bioloji dəyişikliklər başverir və bu dəyişikliklər oynaq ağrılarının həm başlanmasını, həmdə şiddətini artırır. İnsanın gecə yuxusu azaldıqda və yakeyfiyyətsiz olduqda bədəndə iltihabi mediatorların — IL-6,TNF-alfa, CRP kimi maddələrin — səviyyəsi yüksəlir. Bu maddələrorqanizmin müdafiə reaksiyasının bir hissəsi olsa da, qanda uzunmüddət yüksək qalanda oynaqlarda sərtlik, şişkinlik və ağrıya səbəbolur. Revmatoloji xəstəlikləri olan insanlarda bu proses dahakəskin hiss olunur, çünki onların immun sistemi artıq həssasvəziyyətdədir. Buna görə də yuxusuzluq reaktiv artrit, revmatoidartrit və ankilozlaşdırıcı spondilit xəstələrində “flare” adlananalovlanmalara səbəb olur.
Yuxu həm də sinir sisteminin ağrıya reaksiyasını tənzimləyir. Dərinyuxu fazasında beyin ağrı siqnallarını “süzür” və ağrını yüksəldir.Yuxu pozulduqda isə bu süzgəc mexanizmi zəifləyir və adi əzələyorğunluğu belə kəskin ağrı kimi hiss olunur. Bu səbəbdən yuxusuzqalan insanlar səhər oyandıqda bədənlərini ağır, sərt və həssashiss edirlər. Bu hal bəzən hətta fibromialgiya əlamətləri iləqarışdırılır”.
Fizioterapevt qeyd edib ki, əzələlərin və bağların gecə bərpası dayuxudan birbaşa asılıdır:
“Gündüz boyunca istifadə etdiyimiz oynaqlar minlərlə hərəkətə məruzqalır və mikro zədələnmələr yaşayır. Bu mikrozədələrin bərpasıdərin yuxu saatlarında baş verir. Yuxu azaldıqda oynaqlar sabah“daha yaşlı” kimi oyanır — daha sərt, daha zəif və daha ağrılı.Xüsusilə boyun, bel, çiyin və diz nahiyələri yuxusuzluğa çoxhəssasdır.
Hamiləlik dövründə yuxu pozuntusu daha geniş yayılıb və təsiri dahagüclüdür. Hamilə qadınlarda relaksin hormonunun artması bağlarınboşalmasına səbəb olur. Bu, onsuz da oynaq stabilitesini azaldır.Üstəlik yuxu pozulduqda bu oynaq boşluğu daha da hiss olunur vəqasıq, bel, çanaq oynaqlarında ağrı artır. Yuxusuzluq həmçininemosional gərginliyi artırır və bu gərginlik bədənin ağrısiqnallarını daha kəskin qəbul etməsinə səbəb olur”.
A.Musayeva vurğulayıb ki, yuxusuzluq 2–3 həftədən uzun çəkirsə,səhərlər sərtlik 30 dəqiqədən çox davam edirsə, oynaqda şişkinlikvə qızartı varsa, mütləq həkimlə məsləhətləşmək lazımdır:
“Çünki bəzən insan yuxusuzluğu stresslə əlaqələndirir, amma onunaltında yatan səbəb hormonal disbalans, tənəffüs problemləri(apnoe), anemiya və ya iltihabi xəstəlik ola bilər. Yuxunizamlananda çox insanın oynaq ağrılarının 30–50% azaldığı elmişəkildə sübut olunub. Yuxunun qan dövranını yaxşılaşdırması,əzələləri rahatlaşdırması, sinir sistemini balanslaşdırması bədəninbərpa qabiliyyətini avtomatik olaraq gücləndirir. Buna görə yuxugigiyenasına diqqət etmək —müntəzəm saatda yatmaq, otağı sərinsaxlamaq və gecə ağır yemək yeməmək — oynaqlar üçün dərman qədərtəsirlidir.
Nəticə etibarilə, yuxu tibb elminin ən güclü, amma ən azqiymətləndirilən müalicə üsullarından biridir. Yaxşı yuxu bədənisağaldır; pis yuxu isə heç bir dərmanla əvəz olunmayan ağrımexanizmlərini işə salır. Oynaqların sağlam qalması üçün düzgünqidalanma, fiziki aktivlik və müntəzəm yuxu üçlüyü hər yaşdaqoruyucu rol oynayır”

Chosen
48
3
az.trend.az

4Sources