EN

AQTA: Respublika ərazisində 142 kəsim məntəqəsi fəaliyyət göstərir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 dekabr, Günel Türksoy, AZƏRTAC

Dekabrın 23-ü tarixinə respublika ərazisində ümumilikdə 142 kəsim məntəqəsi fəaliyyət göstərir. Bunların arasında həm iri və xırdabuynuzlu heyvanların, həm də quşların kəsim məntəqəsi var.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, kəsim məntəqələrinin sayı il ərzində dəyişir. Heyvan və quş kəsimi məntəqələrinin fəaliyyəti baytarlıq-sanitariya normaları və qaydalarına uyğun həyata keçirilməlidir.

Heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya tələblərinə ciddi şəkildə riayət olunması həm işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir. Bu qaydaların düzgün tətbiqi kəsim məntəqəsinin təhlükəsiz fəaliyyətini təmin edir.

Kəsim məntəqəsində fasiləsiz su təminatı qurulmalıdır. İşçi heyəti xüsusi təmiz geyimdə (saç toru, xalat, kombinezon, önlük, rezin çəkmə, əlcək və s.) olmalı, əraziyə zərərvericilərin və digər heyvanların (it, pişik) daxil olmasının qarşısı alınmalıdır. Həmçinin işçi heyət iş geyimində kəsim məntəqəsindən kənara çıxmamalıdır.

Alətlər və ləvazimatlar mütəmadi təmizlənib dezinfeksiya edilməli, tullantılar isə sanitariya-gigiyena qaydalarına uyğun toplanıb vaxtaşırı kənarlaşdırılmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
1
azertag.az

2Sources