EN

Bəşər Əsədin Moskvadakı həyat tərzi ortaya çıxdı İnanılmaz detallar

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ailəsi Moskvada dəbdəbəli həyat tərzi sürür”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms ” (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Moskvada olan suriyalı mühacir şəhərin ən hündür göydələnində nahar etmək qərarına gəlib. 62-ci mərtəbədə yerləşən “Sixty” restoranı müntəzəm olaraq Rusiya siyasi elitasının üzvlərini və dünya ulduzlarını qəbul edir. Sözügedən şəxs nahar edən yüksək vəzifəli qonaqlardan birinin kim olduğunu öyrənəndə təəccüblənib: bu, Bəşər Əsəd idi”, – deyə nəşr yazıb.

Mənbələrə görə, Əsəd ailəsinin dəbdəbəli həyatı Moskvaya köçdükdən dərhal sonra başlayıb:

“Əvvəlcə onlar həftəlik qiymətləri 13.000 dollara çatan “Four Seasons” otelindəki mənzillərdə qalıblar. Daha sonra keçmiş Suriya lideri ailəsi ilə birlikdə Federasiya Qülləsindəki iki mərtəbəli penthausa köçüb”.

Bildirilib ki, Rusiya kəşfiyyat xidmətləri Əsəd ailəsini qoruyur və hərəkətlərini izləyir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
97
globalinfo.az

1Sources