EN

Məktəbli qız ehtiyatsızlıq nəticəsində boynundan GÜLLƏLƏNİB

Ajans.az Amur Mash Telegram kanalına istinadən xəbər verir ki,uşaq evdə oynayarkən atasına məxsus pnevmatik tapançanı tapıb və onunla atəş açmaq qərarına gəlib. Atəş zamanı güllələrdən biri qıza dəyib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər ona mürəkkəb cərrahi əməliyyat həyata keçiriblər. Hazırda uşağın vəziyyəti ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib.

Hadisə ilə bağlı araşdırma aparılır, hüquq-mühafizə orqanları silahın uşağın əlinə necə keçdiyini müəyyənləşdirir.

Chosen
56
Ajans.az

1Sources