EN

Kredit ödənişiniz qeyri-iş gününə düşsə, mütləq buna nəzər yetirin – İqtisadçıdan xəbərdarlıq

Bu günə qədər bir çox məqalələrimizdə kreditin gecikməsi haqqında kifayət qədər məlumat vermişik. Bildiyiniz kimi artıq bayramlar yaxınlaşır və təxminən 8-günə yaxın qeyri- iş günü olacaq. Elə məhz buna görə də bu dəfə kreditin ödəniş tarixi bayram gününə düşərsə, kreditinizin gecikmiş olub-olmaması haqqında məlumat verəcəyik.

Kreditin gecikməsi demək olar ki, bir çox kredit borcu olan şəxsləri ortaq problemlərindən biridir. Banklar isə müştəri üçün verdiyi möhlət günü keçdikdən sonra, hər gün üçün müvafiq gecikmə faizləri tutur.

Kredit borcunuzun ödəniş tarixi qeyri- iş gününə düşərsə, gecikmə sayılacaqmı?

Xalid Kərimli

Məsələyə aydınlıq gətirən iqtisadçı Xalid Kərimli NOCOMMENT.az-a bildirib ki, bu, kredit müqaviləsindən asılıdır.

“Kredit müqaviləsinə baxılmalıdır. Kredit ödənişi qeyri-iş günlərinə düşəndə necə davranılmasına nəzər yetirilməlidir. Çünki müqavilədə ödəniş tarixi dəqiq yazılır. Odur ki, qeyri-iş günlərinə düşsə, bu zaman cərimə faizi gələcək. Yəni birmənalı həlli yoxdur. İkitərəfli bağlanan müqavilədən asılıdır. Çünki ödəniş tarixindən keçən hər gün üçün cərimə faizi hesablanır”, – ekspert vurğulayıb.

Chosen
55
1
nocomment.az

2Sources