EN

Kollecə məxsus kompüterlər direktorun evindən çıxdı

Qazax Dövlət Sosial-İqtisadi Kollecində nöqsanlar aşkarlanıb.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.

Bildirilib ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecində 14-30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən yoxlama keçirilib. Yoxlama nəticəsində aşkarlanmış nöqsanların ətraflı araşdırılması hazırda hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyeva məxsus evdən kollecin balansına aid təsərrüfat texnikaları və komputer tapıldığı iddia edilir. (APA)

Chosen
15
5
paytaxt.org

10Sources