EN

Paytaxtın beş rayonunda mülki müdafiə sahəsində görülmüş işlər müzakirə edilib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 23 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşəbbüsü ilə paytaxtın Yasamal, Binəqədi, Qaradağ, Xəzər və Pirallahı Rayon İcra hakimiyyətlərində “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirələrin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirlərdə çıxış edən Regional Mərkəzin və icra hakimiyyətlərinin məsul şəxsləri tədbirin əhəmiyyətindən danışıb, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Bakı Regional Mərkəzinin əməkdaşları mülki müdafiə sahəsində görülmüş işlərdən bəhs edib, mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər. Həmçinin vurğulanıb ki, bu ilin təqvim planına uyğun olaraq, idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrdə qarşıda duran vəzifələr müzakirə edilib, suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
4
azertag.az

10Sources