EN

Sumqayıtda BMW yük maşını ilə TOQQUŞDU: Xəsarət alan var

"Sumqayıt şəhərinin Azərbaycan prospektində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb".

"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Qeyd olunub ki, hadisə zamanı sürücülərdən xəsarət alan olmayıb.

"Nurlan Fəqan oğlu Hüseynzadənin idarə etdiyi BMW markalı, 90-BH-078 dövlət nömrə nişanlı avtomobil Baba Məhsim oğlu Ömərovun idarə etdiyi "Ford" markalı, 99-FE-456 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə "Ford" markalı avtomobildə olan sərnişin Razim Şahhüseyn oğlu Kərimov xəsarət alıb.

Hadisə BMW markalı nəqliyyat vasitəsinin ötmə əməliyyatını düzgün həyata keçirməməsi nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib.


Telegram kanalımız
Chosen
34
yenisabah.az

1Sources