EN

Afrika Kuboku: Konqo Demokratik Respublikası Benini məğlub edib

ain.az, Idman.biz saytına istinadən bildirir.

Afrika Millətlər Kubokunda D qrupunun ilk turunda Konqo Demokratik Respublikası və Benin qarşılaşıblar.

İdman.Biz bildirir ki, oyun 1:0 hesabı ilə Konqonun xeyrinə başa çatıb.

Oyunun yeganə qolunu Teo Bonqonda 16-cı dəqiqədə vurub.

Konqo Demokratik Respublikası və Beninin yer aldığı D qrupunda Botsvana və Seneqal da var.

2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarışda iyirmi dörd milli komanda iştirak edir. Turnir 18 yanvara qədər davam edir. Hazırkı Afrika Millətlər Kubokunun qalibi Kot-d'İvuardır.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
63
1
icma.az

2Sources