Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 16:44-də şəhərin Azərbaycan prospektində qeydə alınıb.
Belə ki, "Ford" markalı yük avtomobili ilə BMW toqquşub.
Hadisə nəticəsində Abşeron rayonu, Aşağı Güzdək kənd sakini, 1986-cı il təvəllüdlü Razim Şahhüseyn oğlu Kərimov bud sümüyünün açıq sınığı xəsarəti ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Sumqayıt Tibb Mərkəzindən məlumat verilib ki, 23.12.2025-ci il tarixində saat 16:40-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1986-cı il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.
Bildirilib ki, pasiyentə sağ baldır sümüyünün açıq sınığı diaqnozu qoyulub. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti isə orta ağır qiymətləndirilir.