EN

Trampın varisi görün kim olacaq

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-da mühafizəkarların illik AmericaFest konfransında keçirilən sorğu vitse-prezident J.D. Vensin Respublikaçı elektorat arasında üstün mövqedə olduğunu göstərib.

Globalinfo.az xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb. Məlumata görə, Trampın özündən sonrakı varisi məhz hazırki vitse-prezident J.D. Vens ola bilər.

Sorğunun nəticələrinə əsasən, konfrans iştirakçılarının 84 faizi növbəti prezident seçkilərində ABŞ Prezidenti Donald Trampın varisi kimi J.D. Vensi dəstəklədiyini bildirib. Vitse-prezident həmçinin Erika Kirk tərəfindən də açıq ictimai dəstək alıb.

Respondentlərin 5 faizi ABŞ dövlət katibi Marko Rubionu, 3 faizi isə Florida ştatının qubernatoru Ron DeSantisi Respublikaçı Partiyanın mümkün namizədi kimi üstün tutduğunu qeyd edib.

Məlumatda vurğulanır ki, J.D. Vens 2028-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətini hələlik rəsmi şəkildə açıqlamayıb.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
55
globalinfo.az

1Sources