Ankarada Esenboğa hava limanından havaya qalxan özəl təyyarə ilə radar əlaqəsi kəsilib. Metbuat.az NTV-yə istinadən xəbər verir ki, təyyarədə Liviya Baş Qərargah rəisinin olduğu bildirilir. Bildirilir ki, təyyarədə Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əl-Həddad və onun nümayəndə heyəti olub. "Falcon Air" tipli şəxsi təyyarə ilə havaya qalxdıqdan az sonra radardan itib. Məlumata görə, hadisədən sonra Ankara səması uçuşlar üçün bağlanıb.