EN

Azərbaycan Basketbol Liqası: Sərhədçi və Abşeron Lions qələbə qazandı

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Azərbaycan Basketbol Liqasında XI turun daha iki oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "Sərhədçi" "Quba" ilə qarşılaşıb.

Matç meydan sahiblərinin 97:78 hesablı qələbəsi ilə bitib.

Bakı İdman Sarayında isə "Şəki"ni qəbul edən "Abşeron Lions" rəqibini 107:82 hesabı ilə üstələyib.

Qeyd edək ki, XI turun NTD - "Gəncə" və "Sabah" - "Neftçi" oyunları qeyri-müəyyən müddətə təxirə salınıb. Turun əvvəlki matçlarında "Ordu" "Naxçıvan"ı (86:64), "Sumqayıt" "Lənkəran"ı (99:95) məğlub edib.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
3
fanat.az

4Sources