EN

Hələbdə həssas sülh: Dəməşq və kürdlər atəşkəsə razılaşdılar

Suriya hökumət qüvvələri ilə “Suriya Demokratik Qüvvələri” (“SDQ”) arasında Hələbdə baş vermiş qarşıdurmalardan sonra atəşkəs razılaşması əldə edilib. Hadisə barədə məlumatı The National nəşri yayıb.

NOCOMMENT.az xəbər verir ki, “ANA” agentliyinin Suriya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, ordu rəhbərliyi “SDQ”-ya qarşı hücumların dayandırılması barədə əmr verib. Kürd döyüşçüləri isə cavab atəşini dayandırmaq göstərişi alıblar və bu addım deeskalasiyaya xidmət edən tədbirlər çərçivəsində atılıb.

Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində iki dinc sakin həyatını itirib, bir neçə nəfər yaralanıb. “SDQ” tərəfi isə hökumət qüvvələrinin hücumları nəticəsində azı beş nəfərin xəsarət aldığını bildirir.

Qeyd edək ki, gərginlik Türkiyə Xarici İşlər Naziri Hakan Fidanın Dəməşq səfərindən bir neçə saat sonra artıb. Nazir bildirib ki, kürd dəstələri Suriya dövlət strukturlarına inteqrasiya üzrə razılaşmaları yerinə yetirməyi planlaşdırmır.

Suriya Xarici İşlər Naziri Əsəd Əş-Şibanı isə bildirib ki, kürd qruplaşmalarının inteqrasiyasının gecikməsi onların nəzarətində olan ərazilərə zərər verə və ölkənin bərpası prosesini yavaşlada bilər. Nazir əlavə edib ki, hökumət 10 mart tarixli razılaşmanın icrasına dair “SDQ”-nun cavabını nəzərdən keçirir.

Chosen
69
nocomment.az

1Sources