EN

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ətirli qoxusu və qat-qat açılmış xəmir hissi verən tava börəyi xüsusilə səhər yeməkləri və qəfil gələn qonaqlar üçün əsl xilasedicidir. Sobaya ehtiyac duymadan, yalnız ocağın üzərində bişən bu börək həm xırtıldayan rəngi, həm də yumşaq daxili qatı ilə hər kəsin bəyənəcəyi bir ləzzətdir.

Milli.Az tava börəyi üçün lazım olan məhsulları təqdim edir:

3 ədəd hazır yuxa;

150 q ağ pendir və ya lor (istəyə görə holland pendiri də əlavə edilə bilər);

Bir ovuc doğranmış cəfəri;

1 armudu stəkan süd;

Yarım armudu stəkan duru yağ;

1 ədəd yumurta;

Duz və istiot (zövqə görə);

Tavanı yağlamaq üçün 1 xörək qaşığı kərə yağı və ya duru yağ.

Hazırlanma qaydası: Bir qabda yumurta, süd və duru yağı yaxşıca çalın. Bu sous yuxaların həm yumşaq, həm də dadlı olmasını təmin edir.

Tavanı yağlayın. Birinci yuxanı kənarları tavanın kənarlarından daşacaq şəkildə bütöv yerləşdirin.

Tavaya sərdiyniz yuxanın üzərinə hazırladığınız sosdan gəzdirin.

İkinci yuxanı parçalara bölərək tavanın içinə səliqəsiz şəkildə yerləşdirin və yenidən sos tökün.

Orta qata pendir və cəfəri qarışığını bərabər şəkildə səpin.

Üçüncü yuxanı da parçalara bölərək pendirin üzərinə yerləşdirin və qalan sosu üzərinə tökün.

Ən altdakı birinci yuxanın kənardan sarkan hissələrini içəri doğru qatlayaraq börəyin üzərini örtün.

Tavanın qapağını bağlayın və vam odda təxminən 10-12 dəqiqə bişirin. Alt hissəsi qızardıqdan sonra düz bir boşqab vasitəsilə börəyi tərs çevirin və digər tərəfini də 10 dəqiqə qızardın.

İsti-isti servis etməyiniz məsləhətdir. Nuş olsun!Lalə Qüdrətova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
news.milli.az

2Sources