Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ Dövlət Departamenti Avropa İttifaqının daxili bazar və rəqəmsal xidmətlər üzrə keçmiş komissarı Tyerri Bretona viza məhdudiyyəti tətbiq edib.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin müavini Sara Rocers “X” sosial platformasında məlumat yayıb.
Rocers xatırladıb ki, Breton Avropa Rəqəmsal Xidmətlər Aktının əsas memarlarından biri olub. Məhz buna əsaslanaraq avropalı məmur 2024-cü ilin avqustunda ABŞ prezidentliyinə o zamankı namizəd Donald Trampla onlayn müsahibə aparmağı planlaşdıran “X” sosial şəbəkəsinin sahibi İlon Maska hədələyici məktub ünvanlayıb.
E. KAMAL
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.