EN

“Google” enerji şirkətini 4,75 milyard dollara alıb


ABŞ texnologiya nəhəngi “Google” enerji startapı “Intersect”i 4,75 milyard dollar dəyərində satın almaq üçün müqavilə imzalayıb.
Yeniavaz.com
“Forbes”ə istinadən xəbər verir ki, bu addım süni intellekt (Sİ) sahəsində artan ambisiyalarla birbaşa bağlıdır.
“Google”a görə, Sİ modellərinin işlədilməsi və məlumat mərkəzlərinin fasiləsiz fəaliyyəti böyük həcmdə elektrik enerjisi tələb edir. Bu səbəbdən enerji mənbələrinə uzunmüddətli çıxışın təmin edilməsi strateji əhəmiyyət daşıyır.
Müqaviləyə əsasən, “Intersect”in çox giqavatlıq enerji layihələri və məlumat mərkəzi infrastrukturu “Google”un nəzarətinə keçəcək. Ekspertlər vurğulayır ki, enerji təminatında mümkün çatışmazlıqlar süni intellekt texnologiyalarının inkişafını ciddi şəkildə ləngidə bilər. Bu baxımdan enerji üzərində nəzarətin gücləndirilməsi texnologiya nəhəngləri üçün prioritetə çevrilir.
Əvvəllər “Google” ilə tərəfdaşlıq edən “Intersect” “Alphabet” çətiri altında müstəqil brend kimi fəaliyyətini davam etdirəcək. Şirkətin planlarına görə, 2028-ci ilə qədər “Intersect”in idarəçiliyi altında 101 giqavatt enerji gücü olacaq. Bu göstərici orta ölçülü bir nüvə elektrik stansiyasının gücündən təxminən on dəfə çoxdur.
Chosen
29
1
yeniavaz.com

2Sources