EN

Prezidentin doğum günüdür

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 64 yaşı tamam olur.

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakıda anadan olub. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təhsil alıb, tarix üzrə elmlər namizədi, siyasi elmlər doktorudur.

2003-cü il oktyabrın 15-də prezident seçilib və həmin ildən vəzifəsini icra edir. İlham Əliyev 2008, 2013, 2018-ci illərdə, həmçinin 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar seçkilərdə yenidən prezident seçilib.

Onun rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkənin ərazi bütövlüyünü və suverenliyini tam təmin edib.

İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədridir, Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edir. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

 

Chosen
25
anews.az

1Sources