EN

Rumıniyada hotel hovuzunun tavanı çökdükdən sonra 7 nəfər xəsarət alıb

Rumıniyanın Sibiu şəhərindəki beşulduzlu Hilton hotelinin hovuzunda tavan çökdükdən sonra 4-ü uşaq olmaqla 6 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə şəhərin fövqəladə hallar üzrə müfəttişliyi məlumat yayıb.

"Hadisə nəticəsində yeddi nəfər yaralanıb. Yetkinlik yaşına çatmayan 4 şəxs yüngül xəsarətlər alıb və tibbi yardım göstərilməsi üçün şəhər xəstəxanasına aparılıb. 45 və 42 yaşlı şəxs isə çoxsaylı xəsarətlər alıblar. Onlar da xəstəxanaya çatdırılıblar. Xəsarət alanlardan birinə hadisə yerində tibbi yardım göstərilib".

Məlumata görə, alçipandan hazırlanan təxminən 120 kv.metr tavan hovuza düşüb. Polis cinayət işi açıb və baş verənlərin səbəblərini araşdırır.
 
 

Chosen
26
4
7news.az

5Sources