EN

17 mindən çox şagird təmayül siniflərdə təhsil alır » AzadMedia.az


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 194 ümumi təhsil müəssisəsində yaradılmış 819 təmayül sinfində hazırda 17 110 şagird təhsil alır. Bu siniflər şagirdlərin maraq və qabiliyyətlərinə uyğun olaraq tədrisin təşkili, onların gələcək ixtisas seçiminə düzgün istiqamət verilməsi baxımından mühüm rol oynayır.
Ümumi təhsildə keyfiyyətin yüksəldilməsinə xidmət edən təmayül sinifləri şagirdlərə seçdikləri istiqamət üzrə fənləri daha dərindən öyrənmək imkanı yaradır. Son illər bu siniflərə marağın ilbəil artması aparılan məqsədyönlü islahatların və valideyn-şagird məmnunluğunun göstəricisidir. Təmayül sinifləri eyni zamanda şagirdlərin bilik və bacarıqlarının inkişafına, ali təhsil mərhələsinə daha hazırlıqlı olmalarına şərait yaradır.
Chosen
11
1
azadmedia.az

2Sources