Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Yer kürəsində kosmik səyahətin sərt şərtlərini sınaqdan keçirməyə çalışan Almaniya könüllülər üçün qeyri-adi bir çağırış edib.
"Unikal" xarici KİV-É™ istinadÉ™n xÉ™bÉ™r verir ki, elmi tÉ™crübÉ™nin bir hissÉ™si olaraq 100 gün dünyadan tamamilÉ™ tÉ™crid olunmuÅŸ vÉ™ziyyÉ™tdÉ™ yaÅŸamaÄŸa razı olan könüllülÉ™rÉ™ 23.000 avro (46 103 AZN) ödÉ™nilÉ™cÉ™k.Â
Kölndə aparılacaq təcrübənin məqsədi astronavtların Aya və Marsa göndərildikdə qarşılaşacaqları şərtləri sınaqdan keçirməkdir. İştirakçılar kosmik stansiya simulyasiyası daxilində Yerdən tamamilə təcrid olunmuş şəkildə yaşayacaqlar.

Layihədə iştirak edən könüllülər təcrübə boyunca 24 saat nəzarət altında olacaqlar. Təcridin fiziki və psixoloji təsirləri ekspert qrupları tərəfindən yaxından izləniləcək.
Təcrübədə iştirak etmək istəyən namizədlər sağlam olmalı, ingilis dilində sərbəst danışmalı və ən azı bakalavr dərəcəsinə malik olmalıdırlar. Texniki, tibbi və ya oxşar elmi sahələrdə təcrübəsi olan namizədlərə də üstünlük veriləcək.
GülayÉ™ MecidÂ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.