EN

"Barselona" və "Liverpul" italiyalı müdafiəçini heyətinə qatmaq üçün mübarizə aparır

İspaniyanın "Barselona" və İngiltərənin "Liverpul" klubları İtaliya təmsilçisi "İnter"də çıxış edən Alessandro Bastonini heyətinə qatmaq istəyir.

"Report" xəbər verir ki, bu barədə "Quotidiano Sportivo" nəşri məlumat yayıb.

Avropa nəhəngləri müdafiəçini transfer etmək üçün mübarizə aparırlar.

İtaliyalı oyunçunun Milan təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq. Sözləşmənin vaxtının artırılması ilə bağlı son danışıqlar uğursuz alınıb.

Qeyd edək ki, Bastoni cari mövsüm "İnter" forması ilə 20 matçda meydanda olub.

Chosen
50
1
far.az

2Sources