EN

Ozanın həyat yoldaşı ürək əməliyyatı oldu - Çəkilişlər dayandırıldı

Türkiyəli aktyor Ozan Akbabanın həyat yoldaşı Buket Akbaba ürəyindən əməliyyat olunub.
 
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkimlər əməliyyatın uğurlu keçdiyini açıqlayıb.
 
Uğurlu əməliyyatdan sonra ürək problemləri həll edilən Buket Akbaba reanimasiya şöbəsinə yerləşdirilib.
 
Sabah adi palataya köçürülməsi gözlənilən Akbabanı həyat yoldaşı və ailəsi tək qoymayıb.
 
Ozan Akbaba həyat yoldaşı xəstəxanadan çıxana qədər onun yanında qalacaq. Bu səbəbdən "Uzak Şehir"in yeni bölümünün gələn həftə yayımlanıb-yayımlanmayacağı hələlik məlum deyil. 
 
 

Chosen
12
7news.az

1Sources