EN

Putinin hədəfində olan 16 ölkə: Siyahıda Azərbaycan da var

İmperiya ambisiyasını davam etdirən Rusiyanın bugünkü potensial hədəfləri sırasında Ukrayna ilə yanaşı, Finlandiya, Polşa, Estoniya, Latviya, Litva, Belarus, Moldova, Ermənistan, Gürcüstan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Qazaxıstan, Özbəkistan və Türkmənistan ola bilər.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Atlantic Council”in analitik materialında bildirilib.

Mənbə bildirib ki, siyahı tam deyil, bura XX əsrin ikinci yarısında Şərq blokuna daxil olmuş bir çox keçmiş sovet dövlətlərini də əlavə etmək olar.

Nəşrin yazdığına görə, Rusiya lideri Vladimir Putin aydın şəkildə göstərib ki, onun ekspansionist iştahası qətiyyən doymayıb:

“Vladimir Putinin dekabrın 17-də Müdafiə Nazirliyinə müraciətində Ukraynaya qarşı işğalın maksimalist məqsədlərinin qeydsiz-şərtsiz həyata keçiriləcəyini bildirməsi və müharibəni Rusiyanın postsovet məkanında geriləməsinə son qoymaq uğrunda bir “səlib yürüşü” kimi təqdim etməsi buna sübutdur”.

Chosen
47
1
publika.az

3Sources