EN

Qadınların rolu və dini icmaların töhfəsi Azərbaycan cəmiyyətində önəmli mövzudur - Bahar Muradova

BAKI, TurkicWorld, Nailə Babazadə

Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan cəmiyyətində dini dözümlülük, multikulturalizm və dünyəvi dövlət prinsiplərinin rolunu vurğulamış, dini icmaların qadınların sosial və mənəvi inkişafına töhfəsini qeyd etmişdir.

TurkicWorld xəbər verir ki, Bahar Muradova çıxışında bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətində ailə, sağlam mənəviyyat və sosial ədalət mərkəzi yer tutur. Azərbaycan Konstitusiyasına əsasən ölkə dünyəvi dövlət olmaqla yanaşı, milli-mənəvi dəyərləri qoruyur və bütün dinlərə bərabər münasibət göstərir.

Forum çərçivəsində keçirilən “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” panelində qadınların ailə və cəmiyyət həyatında mərkəzi rolunu gücləndirmək, erkən nikahların qarşısını almaq, qadınlara qarşı zorakılığın dini dəyərlərə zidd mahiyyətini izah etmək və uşaqların sağlam mənəvi mühitdə böyüməsini təmin etmək məsələləri müzakirə olunmuşdur.

Bahar Muradova bildirib ki, bu tədbir qadınların cəmiyyətdə rolunun dini və dünyəvi dəyərlərin vəhdəti əsasında daha düzgün formalaşmasına imkan yaradır və Azərbaycanın tolerant, multikultural və dünyəvi dövlət modelini nümayiş etdirir.

Chosen
47
turkic.world

1Sources