EN

“Sağlam gələcək naminə” mövzusunda tədbir keçirilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 24 dekabr, AZƏRTAC

Xəzər rayonundakı 2 nömrəli ümumi təyinatlı internat tipli ümumi təhsil məktəbində internat tipli ümumi təhsil müəssisələrində olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların narkomanlıq və onun fəsadları barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlam gələcək naminə” mövzusunda tədbir keçirilib.

İşçi Qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri mövzu ətrafında çıxış edərək, şagirdlərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat veriblər. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmağın vacibliyi xüsusi vurğulanıb, gələcək ixtisas və karyera seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər.

Tədbirin yekununda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar iştirakçılara paylanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
azertag.az

1Sources