2025-ci ilin yanvar-noyabr ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 365 milyon manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 12% çoxalıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 22% çoxalaraq 844 milyon 833 min manat təşkil edib.