EN

Azərbaycanda toyuqları rəngləyib kənd toyuğu adı altında satan 20 yə yaxın təsərrüfat var ŞOK İDDİA

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bakı ətrafında təxminən 20-yə yaxın belə toyuq saxlanan yer mövcuddur. Biz bu cür təsərrüfatların fəaliyyətinin əleyhinə deyilik. Əksinə, tərəfdarıyıq ki, mövcud olsunlar, lakin sanitariya normalarına uyğun şəkildə işləsinlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) elə bir nəzarət mexanizmi qurmalıdır ki, bu obyektlər bağlanmasın, inkişaf etsin, şərait yaxşılaşdırılsın və sanitariya tələblərinə cavab versinlər".Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.O bildirib ki, istehsalçılar və bizneslə məşğul olan şəxslər bilməlidirlər ki, qida zəncirinin istənilən mərhələsində iştirak edən hər kəs, hüquqi və ya fiziki şəxs olmasından asılı olmayaraq AQTA-da qeydiyyatdan keçməlidir:"Agentlik tərəfindən yoxlamalar aparılmalı, məhsullara müvafiq etiketlər verilməlidir.

Təəssüf ki, AQTA bu zəncirin bütün elementlərini tam əhatə edə bilmir. Nəticədə çoxsaylı nəzarətsiz obyektlər fəaliyyət göstərir və bu da istehlakçıların sağlamlığı üçün risk yaradır. Qeyd edilməlidir ki, kənd toyuğunun ayaqları təbii olaraq sarı rəngdə olur. Bu cür şəraitdə saxlanılan toyuqlar isə kənd toyuğu deyil, “azad toyuq” adlandırılan məhsullardır. Hətta tam azad toyuq da sayılmırlar. Onlara kənd toyuğu görüntüsü vermək üçün ayaqları süni şəkildə rənglənir. Araşdırmalar zamanı bu məqsədlə təhlükəli boyalardan istifadə edildiyi məlum olub ki, bu da yolverilməzdir".Ekspert deyib ki, istehlakçıların məhsulun sənədlərini və mənşəyini tələb etmək hüququ olsa da, əksər hallarda bu sənədlər təqdim edilmir:"Təəssüf doğuran məqam odur ki, Azərbaycanda satılan malların təxminən 80 faizinin heç bir rəsmi sənədi yoxdur. Bu, həm sənaye, həm də qida məhsullarına aiddir. İstehlakçılar belə məhsulları alarkən mütləq sənədləri tələb etməli, qablaşdırmada istehsalçı məlumatlarının olub-olmadığını yoxlamalıdırlar. Sənədsiz və nəzarətsiz məhsullar xəstəliklərin artmasına, insanların daha çox apteklərə üz tutmasına səbəb olur. AQTA bu sahədə nəzarəti gücləndirməli, daha effektiv tədbirlər görməlidir. Belə məhsullarla rastlaşan vətəndaşlar qaynar xətti vasitəsilə Agentliyə məlumat verməlidirlər".Qeyd edək ki, Xırdalanda toyuqları rəngləyib kənd toyuğu adı altında satan, sanitariya qaydalarına əməl etməyən obyekt aşkarlanıb.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
demokrat.az

1Sources