BAKI, 24 dekabr. TELEQRAF
2026-cı ildən etibarən Rusiya vətəndaşlarının Qırğızıstana xarici pasport olmadan girişinin qadağan ediləcəyi iddia edilir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanallarında məlumat yayıb.
Bildirilib ki, yeni qayda ölkə sərhədini daxili Rusiya pasportu ilə keçmək imkanını aradan qaldıracaq. Amma Qırğızıstan Xarici İşlər Nazirliyi sonradan bu məlumatı təkzib edərək, onun doğru olmadığını bəyan edib. Rəsmi izahata görə, ruslar Qırğızıstana həm daxili, həm də xarici pasportlarla daxil olmaq hüququna malikdirlər və mövcud prosedurda heç bir dəyişiklik olunmayıb.