EN

Vətən müharibəsi qazisi dəfn olundu FOTO (YENİLƏNİB)

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qarabağda antiterror tədbirləri zamanı yaralanan qazimiz dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

Elçin Telman oğlu Qurbanov Türkiyədə müalicə olunurdu və orada vəfat edib.

Mərhum DSX-nin Çevik hərəkət dəstəsinin giziri olub.

***

Vətən müharibəsi qazisi Elçin Telman oğlu Qurbanov dəfn olunub. 

"Unikal" xəbər verir ki, E. Qurbanov Türkiyədə müalicə zamanı dünyasını dəyişib.

DSX-nin zabiti olan Elçin Qurbanov Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib. O, Qarabağdakı son döyüşlər zamanı yaralanıb və daha sonra ordudan tərxis edilib.

Mərhum Cəlilabadın Ocaqlı kəndində torpağa tapşırılıb. 

Xəlil Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
unikal.az

1Sources