EN

Sabah qar yağacaq

Dekabrın 25-də gözlənilən hava açıqlanıb.

Bu barədə Aktual.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütununu 770 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz olacaq, lakin səhər şərq rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda əsasən yağmursuz keçəcək, arabir duman olacaq, qərb küləyi əsəcək

Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 5-9° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə

Əsasən yağmursuz. Lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda

Əsasən yağmursuz. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda

Əsasən yağmursuz. Lakin axşamdan başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Arabir duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-9° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda

Əsasən yağmursuz. Lakin səhər şərq rayonlardan başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada

Əsasən yağmursuz. Lakin axşamdan başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, sulu qara keçəcəyi ehtimalı var. Arabir duman. Qərb küləyi

gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda

Əsasən yağmursuz. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lesan xarakterli intensiv olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman. Şimal-şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək

Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-10° isti, dağlarda gecə 0-3° isti, gündüz 5-8° isti olacaq.

Chosen
83
49
ulusum.az

10Sources