EN

Məhkəmə rəssamın şikayəti ilə bağlı qərar verdi KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Pəri Miniatürlə “Qanun” və “Xan” nəşriyyatları arasındakı məhkəmə çəkişməsi başa çatıb.

KONKRET.az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsi rəssamın iddiası ilə bağlı qərar qəbul edib.

Qərara əsasən “Qanun” və “Xan” nəşriyyatlarına Pəri Miniatürün əsərlərindən istifadə qadağan olunub. Lakin məhkəmə müəllifin təzminat tələbini təmin etməyib.

“Yeni Sabah”a danışan P.Miniatür bildirib ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə razı deyil və apelliyasiya şikayəti verəcək:

“Səbail Rayon Məhkəməsi iddialarımızla bağlı qərar qəbul edib. Deyildi ki, əsərlərimdən qanunsuz olaraq istifadə olunub. Hər iki nəşriyyata əsərlərimdən istifadə etmək qadağası qoyuldu. Təzminat haqqında isə heç nə deyilmədi, yəni tələbimiz qəbul olunmadı. Vəkilim isə bildirdi ki, qərar sistemə otursun, ondan sonra bununla bağlı apelliyasiya şikayəti verəcəyik. Lazım gələrsə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə də müraciət edəcəyik”.

Xatırladaq ki, Pəri Miniatür “Qanun” və “Xan” nəşriyyatlarını əsərlərindən icazəsiz istifadə etdiyi üçün məhkəməyə vermişdi. Rəssam hər iki nəşriyyatdan 10 min manat məbləğində təzminat tələb edirdi. (yeni sabah)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
3
konkret.az

4Sources