EN

Britaniyanın Baş naziri ölkə əhalisinin yaşayış xərcləri ilə bağlı çətinliklərini etiraf edib

London, 24 dekabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer Milad bayramı müraciətində ölkə əhalisinin yaşayış xərcləri ilə bağlı çətinliklərini etiraf edib və bu problemin həllinin onun üçün prioritet olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Böyük Britaniyada bir çox insanların hələ də həyat bahalığından əziyyət çəkdiyini qeyd edib: “Mən bilirəm ki, ölkə üzrə bir çox insan yaşayış xərcləri ilə mübarizə aparır. Bu məsələdə kömək etmək mənim əsas prioritetimdir”.

Baş nazirin müraciəti hökumət üçün çətin bir ilin sonunda səsləndirilib. İqtisadi artımın zəifləməsi və büdcədə vergi artımları ilə bağlı maliyyə naziri Reyçel Rivzin tənqidlərlə üzləşməsi bu ili müşayiət edən əsas məsələlərdən olub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
41
2
azertag.az

3Sources