EN

Tehranda hava çirkliliyinə görə futbol oyunları təxirə salınıb

Bakı, 24 dekabr, AZƏRTAC

İranın paytaxtı Tehranda hava çirkliliyinə görə bu gqn keçirilməli futbol oyunları təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Tehran Vilayəti Futbol Federasiyasının Səhiyyə Komitəsi məlumat yayıb.

Qərara əsasən, hətta məşqlərə belə, icazə verilməyəcəyi vurğulanıb.

Chosen
139
azertag.az

1Sources