UEFA “Qarabağ”la oyunda azarkeşlərin davranışına görə “Atletik”i cərimələyib.
İdmanxeber.az-ın məlumatına görə, Bilbao təmsilçisi UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçirilən oyunda baş verən hadisələrə görə 10 min avro cərimə olunub.
Sanksiyaya azarkeşlərin “idman tədbirinə uyğun olmayan mesajların ötürülməsi” ittihamı ilə tətbiq edilib.
Qeyd edək ki, qarşılaşma zamanı tribunalarda Qarabağda vaxtilə yaradılmış qondarma rejimin bayrağı nümayiş etdirilmişdi.
Ağdam klubunun rəsmiləri bununla bağlı ev sahibi komandanı məlumatlandırmışdı.
