Sumqayıt şəhərində min abonentin qaz təchizatında fasilə yaranacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsi məlumat yayıb.
Bildirilib ki, qaz sızmasının aradan qaldırılması məqsədilə Sumqayıt şəhəri, 10-cu mikrorayonda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 1000 abonentin qaz təchizatı bu gün 16:30-dan etibarən müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.