EN

Lamin Yamal Messinin rekordunu qırdı

ain.az bildirir, Operativmedia portalına istinadən.

“Barselona”nın futbolçuau Lamin Yamal yeni bir nailiyyətə imza ataraq Kataloniya klubunun əfsanəsi Lionel Messini geridə qoyub.

Operativ Media “Sofascore” portalına istinadən xəbər verir ki, 18 yaşlı cinah oyunçusu yanvar ayının əvvəlindən etibarən 307 uğurlu driblinq həyata keçirib. Bu göstərici məlumatların toplanmasından bəri bir təqvim ili ərzində qeydə alınan ikinci ən yüksək uğurlu driblinq sayıdır.

Bu sahədə rekord 2017-ci ildə 335 dəfə uğurlu driblinq edən braziliyalı Neymarə məxsusdur. Lionel Messi isə həmin ildə 260 uğurlu driblinqlə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Messi “Barselona”nın akademiyasının yetirməsi olub (2003–2021). O, karyerası ərzində səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb. Argentinalı futbolçu Kataloniya klubu ilə on dəfə İspaniya çempionu olub, yeddi dəfə İspaniya Kubokunu, səkkiz dəfə İspaniya Superkubokunu, dörd dəfə Çempionlar Liqasını və üç dəfə UEFA Superkubokunu qazanıb.

Lamin Yamal isə iki dəfə ilin ən yaxşı gənc futbolçusu kimi Kopa Kubokunun qalibi olub (2024 və 2025). O, həmçinin İspaniya millisinin heyətində AVRO-2024 turnirində ən çox məhsuldar ötürmə edən futbolçu kimi yadda qalıb. Yamalın “Barselona” ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir və sərbəst qalma maddəsi 1 milyard avro təşkil edir. “Transfermarkt” portalına görə, 200 milyon avroluq dəyəri ilə o, hazırda dünyanın ən bahalı futbolçusudur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
operativmedia.az

1Sources