EN

Lukşaneko: Onda biz bu dünyada olmayacağıq - VİDEO

Belarus parlamentində smartfon və mikroelktorinaka sahəsinin inkişafı ilə bağlı müzakirə zamanı çox maraqlı anlar yaşanıb.

Ölkə.az xəbər verir ki, Ümum-Belarus Xalq Məclisində iştirak edən Prezident Aleksandr Lukaşenko ölkədə miktorelektronika və smartfon sektorunun inkişaf perspektivlərini müzakirə edib.

Toplantıda çıxış edən Ümum-Belarus Xalq Məclisinin sədr müavini Aleksandr Kosinets Belarus istehsalı olan smartfonun bazara çıxarılma tarixini proqnozlaşdırıb.

Ali Xalq Məclisinin iclasında çıxış edən Kosinets bildirib ki, bu sahə diqqət mərkəzindədir. “Belarus ancaq  25 ildən sonra nəinki hərbi mikroelektronika, o cümlədən mülki mikroelektronika dünya miqyasında rəqabətədavamlı ola bilər”, - o qeyd edib.

Bundan sonra Lukaşenko ilə Kosinets arasınd amaraqlı dialoq yaranıb:

Lukaşneko: Neçə ildən sonra?

Kosinets: 25 ildən sonra…

Lukaşenko: Artıq onda biz bu dünyada olmayacağıq.

Kosinets: Nə edə bilərik?

Bu dialoq salonda gülüşə səbəb olub.

Mürtəza

Chosen
15
1
olke.az

2Sources