Dekabrın 30-u saat 21:00-dan yanvarın 4-nə qədər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) elektron informasiya resurslarında dayanıqlığın və keyfiyyətin artırılması məqsədilə profilaktik işlərin həyata keçirilməsi planlaşdırılır.
Bu barədə qurumun məlumatında bildirilir.
Məlumata görə, bu səbəbdən göstərilən xidmətlərin və məlumat mübadilələrinin istifadəsində fasilələrin yaranması mümkündür.