“İlham Əliyev və Böyük Qayıdış” kitabı müasir Azərbaycan tarixinin yetişdirdiyi dahi şəxsiyyət Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Kitabın təqdimat mərasiminin məhz dövlətimizin başçısının doğum gününə təsadüf etməsi isə olduqca mənalıdır.
QHT.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri “İlham Əliyev və Böyük Qayıdış” kitabının təqdimat mərasimində “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə jurnalistlərə açıqlaması zamanı deyib. O qeyd edib ki, Böyük Qayıdış bu gün Azərbaycanın prioritet məsələsidir.
“Ölkəmiz artıq yeni mərhələyə qədəm qoyub və postmüharibə dövründən sonra Azərbaycanın bütün fəaliyyəti məhz Şərqi Zəngəzur və Qarabağın dirçəldilməsinə yönəlib. Bilirsiniz ki, işğal dövründə bütün ərazilər yerlə-yeksan edilib. Azərbaycan isə yeni mərhələdə həmin ərazilərdə şəhərsalma işləri aparır, müəssisələri bərpa edir və ən əsas məsələ olaraq, qayıdışı reallaşdırır”,-deyə C.Hüseynzadə vurğulayıb.