EN

Netanyahu atəşkəsə baxmayaraq Qəzzaya hücum etməklə hədələyir

İsrailin Baş naziri Binyamin Netanyahu, HƏMAS-ın atəşkəsi pozduğunu iddia edərək, Qəzza zolağına hücumlar başlatmaqla hədələyib.

Turkustan.az xəbər verir ki, Netanyahu ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında paylaşım edərək, HƏMAS-ın ABŞ prezidenti Donald Trampın atəşkəs planını pozduğunu iddia edib.

Netanyahu, HƏMAS-ın tərksilah etməkdən imtina etməsinin razılaşmanın pozulması olduğunu iddia etdi və Qəzzada bir İsrail ordusu zabitini yaralayan əldəqayırma partlayıcı qurğunun HƏMAS-ın pozuntularını daha da təsdiqlədiyini iddia etdi.

Aytən Yaşar/ Turkustan.az

Chosen
51
turkustan.az

1Sources