EN

Türkiyə və HƏMAS Qəzza üzrə atəşkəs razılaşmasının ikinci mərhələsini müzakirə edib

Ankarada keçirilən görüşdə razılaşmanın icrası və humanitar vəziyyət diqqət mərkəzində olub...

Poliqon xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada HƏMAS-ın siyasi bürosunun nümayəndələri ilə görüş keçirib. Görüşdə Qəzza sektorunda atəşkəs razılaşmasının ikinci mərhələsinə keçid imkanları və mövcud problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Reuters agentliyinin Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən verdiyi məlumata görə, HƏMAS nümayəndələri Hakan Fidana bildiriblər ki, atəşkəs razılaşması çərçivəsində üzərlərinə düşən öhdəlikləri yerinə yetiriblər. Bununla yanaşı, onların sözlərinə görə, İsrailin Qəzzaya davam edən atəşləri razılaşmanın növbəti mərhələyə keçməsinə mane olmaq məqsədi daşıyır.

Mənbə əlavə edib ki, HƏMAS üzvləri Qəzzaya daxil olan humanitar yardımın kifayət etmədiyini də vurğulayıblar. Onların bildirdiyinə görə, bölgədə xüsusilə dərman vasitələrinə, yaşayış yerlərinin qurulması üçün avadanlıqlara və yanacağa ciddi ehtiyac var.

Qeyd olunur ki, Türkiyə tərəfi Qəzza sektorunda humanitar vəziyyətin yaxşılaşdırılması və atəşkəs razılaşmasının tam icrası üçün diplomatik səylərini davam etdirir.

Poliqon.info

Chosen
70
poliqon.info

1Sources