EN

“REN TV”nin təsisçisi vəfat etdi

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Jurnalist İrena Lesnevskaya 83 yaşında vəfat edib.

Yeniavaz.com xəbər verir ki, teleaparıcı Marianna Maksimovskaya bu barədə məlumat yayıb. 

“İrena Stefanovna Lesnevskaya vəfat edib. Onun bir vaxtlar təsis etdiyi, onun adını daşayan REN kanalı. Şəxsən mən və “Nedelya”dakı həmkarlarım İrena Stefanovnaya çox şey borcluyuq”, - Maksimovskaya feysbukda yazıb.

İrena Lesnevskaya 1960-cı illərdən SSRİ Mərkəzi Televiziyasında işləyib. 1991-ci ildə o, oğlu Dmitri ilə birlikdə proqramlarını başqa kanallara satan “Ren TV”ni qurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
67
yeniavaz.com

1Sources