EN

Azərbaycanda bu dövlət qurumlarının statusu dəyişir? – Açıqlama

Bu il kommunal sektorda fəaliyyət göstərən dövlət şirkətlərinin yığılmış zərərləri fantastik həddə çatıb. Məsələn, “Bakı Metropoliteni” 3,1 milyard manat, “Azərsu” ASC 8,1 milyard manat, Azərbaycan Dəmir Yolları 1,8 milyard, “Azərenerji” ASC 1,8 milyard, “Azərişıq” ASC 313 milyon, “Azəristiliktəchizat” isə 133 milyon manat zərərlə işləyib. Ümumilikdə bu rəqəm təxminən 13,5 milyard manat edir. Bəziləri bu qurumların özəlləşdirilməsini və publik hüquqi şəxs statusuna keçirilməsini çıxış yolu kimi görür.

Bu, həqiqətən çıxış yoludurmu? Qurumların ili zərərlə başa vurmaması üçün hansı addımlar atıla bilər?

Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, proses normal tendensiya çərçivəsində baş verir və sosial layihələrdə fəaliyyət göstərən şirkətlərin vəziyyəti bütün dünyada oxşardır:

“Məsələn, metro və dəmir yolu sistemləri əksər ölkələrdə mənfi maliyyə göstəriciləri ilə işləyir, hətta inkişaf etmiş ölkələrdə belə, dövlət dotasiyası olmadan onların fəaliyyəti mümkün deyil. Böyük Britaniyada bütün dəmir yolu sistemi dövlət mülkiyyətindədir, lakin fərdi şirkətlər sərnişin daşımalarını həyata keçirir və bu fəaliyyət üçün dövlət dəstəyi alırlar. Burada tariflər yüksəkdir, bilet qiymətləri Azərbaycanla müqayisədə 15 dəfə artıq ola bilər. Bu, yüksək eksploytasiya və istehlak xərcləri ilə əlaqədardır. Bu baxımdan, kommunal sektorun mülkiyyət formasını dəyişmək və ya özəlləşdirmək zərərləri aradan qaldırmır. Özəl şirkət yalnız mənfəət əsaslı fəaliyyət göstərəcək və sosial məqsədləri, regionların inkişafı proqramlarını nəzərə almayacaq. Dövlət isə tarif siyasəti, subsidiyalar və sosial yönümlü layihələr vasitəsilə əhalinin daha çox bu xidmətlərdən istifadə etməsini təmin edir”.

Azərbaycanda

Kənan Quluzadə

İqtisadçı bildirib ki, zərərlərin azaldılması üçün qismən şəffaflıq mexanizmləri və keyfiyyətli idarəetmə sistemlərinin tətbiqi vacibdir:

“Sosial və iqtisadi istiqamətlər ayrı-ayrılıqda qiymətləndirilməlidir. İnfrastruktur layihələrinin maliyyə nəticələri isə uzunmüddətli olur. Məsələn, aeroportların və ya böyük   yol infrastruktur layihələrinin tam investisiya dönüşü 15-20 il çəkə bilər, bəzən illik gəlirləri 3-5 faiz təşkil edir. Bu baxımdan, belə layihələr əsasən sosial yönümlü hesab olunur və qısa müddətdə tam qazanc gətirməsi gözlənilmir. Beləliklə, dövlətin sosial infrastruktur sahələrindəki fəaliyyəti yalnız mənfəət ölçüsü ilə deyil, uzunmüddətli sosial və iqtisadi fayda prinsipləri ilə qiymətləndirilməlidir”.

 

Zaira Akifqızı

 

Chosen
79
hurriyyet.az

1Sources