EN

Fransa qəzeti PSJ nin rusiyalı qapıçısını ayın oyunçusu seçib

sport24.az saytına istinadən ain.az xəbər verir.

Fransanın PSJ futbol klubunun rusiyalı qapıçısı Matvey Safonov "Le Parisien" qəzetinin jurnalistləri tərəfindən dekabr ayının ən yaxşı oyunçusu seçilib. Sport24.az xəbər verir ki, bu barədə qəzetin rəsmi saytı məlumat verib.

Dekabr ayında Paris təmsilçisinin heyətində 4 oyuna çıxan Safonov iki oyunda qapısını toxunulmaz saxlayıb.

O, komandasının "Flamenqo"nu (Braziliya) məğlub etdiyi Qitələrarası Kubok finalında penaltilər seriyasında dörd zərbəni dəf edib.

Safonov "Le Parisien" jurnalistlərindən orta hesabla 7,25 bal (maksimum 10 bal) alıb. Varren Zair-Emri ikinci (7 xal), Villian Paço isə üçüncü (6,31) olub. Gürcü futbolçu Xviça Kvaratsxeliya isə 6 xalla beşinci yeri tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
1
sport24.az

2Sources