EN

O dəhşətli gündən 1 il ötür… – VİDEO

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür.

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznı şəhərinə uçan “Embraer 190” tipli sərnişin təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Hadisə zamanı göyərtədə 67 nəfər olub. Onlardan aralarında pilotlar və təyyarə bələdçisi də olmaqla, 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. Faciə ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan olunub.

O

Qəzanın araşdırılması üçün Azərbaycan tərəfindən beynəlxalq ekspertlərin iştirakı ilə komissiya yaradılıb. Üç ölkədə – Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işləri açılıb.

Bundan başqa, göstərdikləri şücaətə görə Prezidentin Sərəncamı ilə pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyeva ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, təyyarə bələdçiləri Zülfiqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.

O

Chosen
71
3
nocomment.az

4Sources