EN

Nigeriyada məsciddə partlayış baş verib, ölənlər var

Bakı. Trend:

Nigeriyanın şimal-şərqində, axşam namazı zamanı məsciddəpartlayış baş verib.

Trend xaricimediaya istinadla xəbər verir ki, Borno ştatının paytaxtı Mayduqurişəhərində, əsas Qamboru bazarında yerləşən məsciddə namazqılınarkən əvvəlcədən yerləşdirildiyi ehtimal edilən partlayıcıqurğular işə düşüb.

Partlayış yerli vaxtla təxminən saat 18:00-da baş verib.

“İzvestiya”nın AFP-yə istinadla verdiyi məlumata görə, partlayışnəticəsində azı yeddi nəfər həlak olub.

Chosen
71
az.trend.az

1Sources