EN

NATO-dakı daimi nümayəndə: ABŞ Ukrayna ilə təhlükəsizlik məsələlərinin əsas hissəsini həll edib

Bakı, 25 dekabr, AZƏRTAC

ABŞ təhlükəsizlik zəmanətləri ilə bağlı Ukrayna ilə məsələlərin əsas hissəsini həll edib, hazırda müzakirələr əsasən ərazi məsələsinə qayıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Fox News-a müsahibəsində deyib.

“Son nəticədə hər şey ərazi və onun bölünməsi məsələsindən asılıdır - istər silahsızlaşdırılmış zona, istərsə də iqtisadi imkanlar zonası olsun. Çünki biz əsasən ukraynalılarla təhlükəsizlik zəmanətlərini razılaşdırmışıq. Düşünmürəm ki, ruslar buna etiraz etsinlər”, - deyə o bildirib.

Uitaker qeyd edib ki, ərazi aspektindən əlavə, atəşkəs və sülhün qorunması ilə bağlı məsələlər hələ də həllini tapmalıdır. “İnanıram ki, bu məsələlərin əksəriyyətini artıq həll etmişik”, — deyə o əlavə edib.

Chosen
61
2
azertag.az

3Sources