Bakı. Trend:
Böyük Britaniyada mağazalardan oğurluq halları kəskin şəkildəartaraq ciddi problemə çevrilib.
Trend “TheTelegraph”a istinadla xəbər verir ki, ötən il ölkə üzrə 20milyondan çox mağaza oğurluğu hadisəsi qeydə alınıb. Polisinaçıqladığı rəqəmlər göstərir ki, İngiltərə və Uelsdə pərakəndəoğurluq halları sürətlə artmaqda davam edir və hər gün 800-dən çoxmağaza oğurluğu işi şübhəli şəxs müəyyən edilmədən bağlanır.
Statistikaya əsasən, istintaq nəticəsi əldə olunmayan mağazaoğurluqlarının sayı 2019-2020-ci illə müqayisədə 65 faiz artaraq,cari ildə təxminən 295 min 600 hadisəyə çatıb. Qeydə alınanhadisələrin beşdə birindən azı ittihamla nəticələnib. Mütəxəssislərmağaza oğurluqlarının artmasını həm iqtisadi çətinliklər, həm dəhüquq-mühafizə orqanlarının resurs çatışmazlığı iləəlaqələndirirlər.