"Friends" ("Dostlar") serialında rol almış amerikalı aktyor Pet Finn 60 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.
Məlumata görə, o, 22 dekabr 2025-ci ildə Los-Ancelesdəki evində həyata gözlərini yumub.
Məşhur serialda canlandırdığı Monikanın sevgilisi rolu ilə tanınan Pet Finnin ölüm səbəbi uzun müddətdir mübarizə apardığı xərçəng xəstəliyidir.
Aktyora 2022-ci ildə sidik kisəsi xərçəngi diaqnozu qoyulmuşdu.